Cəbrayılda tikinti-söküntü tullantılarının təkrar emalına START VERİLDİ - VİDEO

Hazırda oxunan: Cəbrayılda tikinti-söküntü tullantılarının təkrar emalına START VERİLDİ - VİDEO

153859

Cəbrayıl rayonunun Horovlu kəndinin bərpa və yenidən qurulması zamanı yaranan tikinti-söküntü tullantılarının təkrar emalına başlanılıb.

Bizim.Media xəbər verir ki, bu məqsədlə rayon ərazisində tikinti-söküntü tullantılarının təkrar emal edən avadanlıqlar quraşdırılıb.

Təkrar emal nəticəsində tikintidə istifadə edilə bilən materiallar əldə olunur. Bu materiallardan inşaat zamanı yol yataqlarında, beton işlərində, alt dolğu işlərində səmərəli istifadə ediləcək.

Bu yanaşma tullantıların poliqona aparılmadan emalı üçün imkan yaradır. Həmçinin təbii ehtiyatların səmərəli istifadəsinə və ətraf mühitə mənfi təsirinin azaldılmasına töhfə verir.
Bundan başqa, təkrar emal vasitəsilə maliyyə vəsaitlərinə də qənaət ediləcək.
 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin