BMT “taxıl sazişi”nin bərpasında Rusiyanın şərtlərini QƏBUL EDİR 

Hazırda oxunan: BMT “taxıl sazişi”nin bərpasında Rusiyanın şərtlərini QƏBUL EDİR 

153343

BMT taxıl sazişinin bərpası ilə bağlı yeni təkliflər paketində bir sıra Rusiya şirkətlərinin aktivlərinə qoyulmuş qadağaların ləğvini, həmçinin “Rosselxozbank”ın yenidən SWIFT sisteminə qoşulmasını təklif edib. 

Bizim.Media xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb. 
 

MÖVZU İLƏ BAĞLI:

BMT Taxıl Sazişinin bərpası üzərində işləyir 


Agentliyin məlumatına görə, BMT Qara Dəniz Taxıl Təşəbbüsünün yenidən işə salınması üçün səylərini davam etdirir.  

Belə ki, ötən gün Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşdən sonra qurumun Rusiya üçün yeni təkliflərinin olduğunu açıqlasa da, detalları açıqlamayıb. 

Bildirilib ki, BMT Rusiyaya “Rusiya Kənd Təsərrüfatı Bankının SWIFT sisteminə yenidən qoşulması və Rusiya gübrə şirkətlərinin Avropadakı aktivlərinin dondurulması” üçün səy göstərəcəyini vəd edib. Bu təkliflər BMT-nin taxıl sazişinin yenidən işə salınması üçün yeni təşəbbüslər paketinin kritik bir hissəsini təşkil edir. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin