Prezident İlham Əliyev “Azərbaycan Respublikasının dövlət müəssisələrinə özəl investisiyaların cəlb edilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.
Bizim.Media xəbər verir ki, sərəncamla “Özəl investisiyaların cəlb edilməsi nəzərdə tutulan dövlət müəssisələrinin siyahısı” təsdiq edilib.
MÖVZU İLƏ BAĞLI:
Özəl investisiyaların cəlb edilməsi nəzərdə tutulan dövlət müəssisələrinin SİYAHISI
Sərəncama əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturuna daxil olan 3 zavodun da özəlləşdirilməsi nəzərdə tutulub:
1. “Azərikimya” İstehsalat Birliyi (Etilen-Polietilen zavodu);
2. Karbamid zavodu;
3. Metanol zavodu.
Sərəncama əsasən, İqtisadiyyat Nazirliyi aidiyyəti üzrə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan İnvestisiya Holdinqi ilə razılaşdırmaqla, siyahıda nəzərdə tutulan dövlət müəssisələri tərəfindən maliyyələşdirilməklə nüfuzlu beynəlxalq məsləhətçi şirkətlərinin cəlb olunmasını təmin etməli və aparılacaq təhlillər əsasında müvafiq təkliflərini 9 ay müddətində dövlət başçısına təqdim etməlidir.
Bizim.Media