Azərbaycan Xankəndinə işıq verəcək - Ermənilər elektrik pulunu necə ödəyəcək?

Hazırda oxunan: Azərbaycan Xankəndinə işıq verəcək - Ermənilər elektrik pulunu necə ödəyəcək?

15268

Müharibəyə qədər Qarabağda fəaliyyətdə olmuş 36 Su Elektrik stansiyasından yalnız 6-ı ermənilərin məskunlaşdığı ərazilərdədir. Ona görə də ermənilər elektrik enerjisi çatışmazlığı ilə qarşılaşıblar. 

Bizim.Media-nın məlumatına görə, bu fikirləri iqtisadçı-ekspert Qubad İbadoğlu özünün "Facebook" səhifəsində qeyd edib.

''Odur ki, sabahdan başlayaraq Xankəndini elektrik enerjisi ilə biz təmin edəcəyik. Belə ki, martın 20-də Şuşada rəqəmsal yarımstansiya işə düşəcək və Laçın Su Elektrik Stansiyasında hasil olunan elektrik enerjisi əvvəl Şuşaya, ordan da Xankəndinə ötürüləcək.

Maraqlıdır, ermənilər elektrik enerjisinin pulunu necə ödəyəcək.

Burda 2 problem görsənir. 1) "Azərişıq"ın işçilərinin Xankəndinə giriş icazəsi yoxdur. 2) Xankəndində yaşayan ermənilər bizim manatı tanımırlar.

O da maraqlıdır ki, Azərbaycanda elektrik enerjisinin qiyməti bahalaşanda yeni tariflər Xankəndində yaşayan əhali qrupuna da şamil olunacaqmı?''

Ekspertin sözlərinə görə, artıq 2 gündür ki, Ermənistana gedən rus qazı Azərbaycan ərazisindən keçərək, ora Gürcüstan vasitəsilə çatdırılır:

''Ermənilər buna görə etiraz edirlər ki, onlara Azərbaycandan keçən qaz lazım deyil, bu risklidir, Azərbaycanlılar istədikləri vaxt qazın ötürülməsini dayandıra bilərlər. Çünki, krant bizim əlimizdədir. Əslində Xankəndinin də işığını istədiyimiz vaxt kəsə bilərik, çünki, rubilnik bizim əlimzdədir. Amma bunu etməyə cəsarət lazımdır. Axı, Xankəndində rus "sülhməramlıları" da məskunlaşıb''.

Ekspert sonda, Qarabağ  ermənilərinin Azərbaycana inteqrasiya etməsinin tərəfdarı olduğunu da diqqətə çatdırıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin