Azərbaycanda debitor borcların məbləği açıqlandı

Hazırda oxunan: Azərbaycanda debitor borcların məbləği açıqlandı

151762

Bu il iyulun 1-nə Azərbaycanda debitor borcların məbləği 3 milyard 150 milyon manat təşkil edib.

Bizim.Media xəbər verir ki, bu barədə Hesablama Palatasının hazırladığı "2023-cü ilin altı ayı üzrə dövlət büdcəsinin icrasına dair yarımillik məlumata Xülasə"də bildirilir.

Sənədə əsasən, ölkədə debitor borclar ilin əvvəli ilə müqayisədə 95,9 milyon manat və yaxud 3,1%, ötən il iyulun 1-nə nisbətən isə 1 milyard 6,4 milyon manat və yaxud 46,9% çoxdur.
Xaricdən cəlb edilmiş kreditlər hesabına həyata keçirilən layihələr, dövlət büdcəsindən digər büdcələrə ayırmalar üzrə yaranan borclar bu məbləğə daxil edilmir.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin