Azərbaycandan Macarıstana qaz nəqlinin həcmi 1 milyard kubmetrə çatdırılacaq

Hazırda oxunan: Azərbaycandan Macarıstana qaz nəqlinin həcmi 1 milyard kubmetrə çatdırılacaq

151682

Budapeşt və Bakı arasında siyasi saziş imzalanıb və bu sazişə əsasən, Azərbaycan qazının Macarıstana nəqlinin həcmi təqribən 1 milyard kubmetrə çatdırılacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.

Onun sözlərinə görə, 2023-cü ilin dördüncü rübündə Macarıstan Azərbaycandan 100 milyon kubmetr qaz alacaq.

Nazir əlavə edib ki, Macarıstan uzun müddətdir ki, Azərbaycanla əməkdaşlığı inkişaf etdirir və siyasi saziş qaz tədarükünün daha da artırılmasını bir milyard kubmetrə çatdırmağı nəzərdə tutur. Eyni zamanda Macarıstan rezervuarlarında 50 miyon kubmetr Azərbaycan qazının saxlanmasına dair razılaşma da əldə edilib.
O, həmçinin qeyd edib ki, Macarıstan qaz tədarükünün şaxələndirilməsi üzərində işləyir və Ekvadordan neft idxalı imkanlarını nəzərdən keçirir.

Bundan əvvəl Macarıstanın MVM CEEnergy enerji şirkəti ilə Azərbaycanın neft-qaz şirkəti SOCAR arasında 2023-cü ilin sonuna qədər Macarıstana ildə 2 milyard kubmetrə qədər mümkün artımla 100 milyon kubmetr qaz tədarük edilməsi haqqında saziş imzalanıb.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin