Ölkədə şəkər ixracı 30 faiz artıb - HESABAT 

Hazırda oxunan: Ölkədə şəkər ixracı 30 faiz artıb - HESABAT 

151365

Bu ilin yanvar-iyul aylarında ölkədən 15,2 milyon ABŞ dolları dəyərində 20,7 min ton şəkər ixrac edilib. 

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında bildirilir. 

Qeyd olunur ki, bu, 2022-ci ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə dəyər ifadəsində 46,6 faiz və ya 4,84 milyon dollar, həcm baxımından isə 30,5 faiz və ya 4,86 min ton çoxdur. 
Qeyd edək ki, 2023-cü ilin ilk 7 ayında şəkərin ümumi ixracda xüsusi çəkisi 0,07 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 0,76 faizə bərabər olub. 

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin