Ölkəmizdə topdansatış ticarət dövriyyəsi 7 faiz artıb

Hazırda oxunan: Ölkəmizdə topdansatış ticarət dövriyyəsi 7 faiz artıb

151291

2023-cü ilin yanvar-iyun aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə topdansatış ticarət dövriyyəsi faktiki qiymətlərlə 6,9 faiz artaraq 15 milyard 187,1 milyon manata bərabər olub. 

Dövlət Statistika Komitəsindən Bizim.Media-ya bildirilib ki, dövriyyənin 32,8 faizi ərzaq məhsullarının, 10,8 faizi içkilər və tütün məmulatlarının, 12,6 faizi bərk və maye yanacaqların, 7,7 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 4,4 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 2,5 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 1,6 faizi elektrik malları və mebellərin, 27,6 faizi isə digər qeyri-ərzaq mallarının topdan satışı sayəsində formalaşıb. 

Bu ilin yanvar-iyun aylarında pərakəndə ticarət dövriyyəsinin 57,3 faizi Bakı şəhərinin (2022-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 4,0 faiz çox), 5,7 faizi Abşeron-Xızı iqtisadi rayonunun (9,2 faiz çox), 4,9 faizi Mərkəzi Aran iqtisadi rayonunun (0,8 faiz az), 4,4 faizi Gəncə-Daşkəsən iqtisadi rayonunun (1,1 faiz çox), 4,2 faizi Lənkəran-Astara iqtisadi rayonunun (0,4 faiz çox), 3,8 faizi Qazax-Tovuz iqtisadİ rayonunun (2,5 faiz çox), 3,4 faizi Şirvan-Salyan iqtisadi rayonunun (0,5 faiz çox), 3,3 faizi Quba-Xaçmaz iqtisadi rayonunun (0,2 faiz çox), 3,2 faizi Şəki-Zaqatala iqtisadi rayonunun (1,3 faiz çox), 3,0 faizi Naxçıvan Muxtar Respublikasının (0,5 faiz çox), 2,6 faizi Qarabağ iqtisadi rayonunun (1,4 faiz çox), 2,5 faizi Mil-Muğan iqtisadi rayonunun (2,5 faiz çox), 1,7 faizi isə Dağlıq Şirvan iqtisadi rayonunun (0,9 faiz az) təsərrüfat subyektlərinin ticarət fəaliyyəti sayəsində yaranıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin