Cari ilin 7 ayında dövlət büdcəsinin gəlirləri 18,7 milyard manat olub

Hazırda oxunan: Cari ilin 7 ayında dövlət büdcəsinin gəlirləri 18,7 milyard manat olub

151216

Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlara əsasən, cari ilin yanvar-iyul aylarında dövlət büdcəsinin gəlirləri 18 milyard 766,6 milyon manat, xərcləri 17 milyard 620,5 milyon manat təşkil edib, büdcənin icrasında 1 milyard 146,1 milyon manatlıq və ya ümumi daxili məhsulun 1,6 faizi qədər profisit yaranıb.

Dövlət Statistika Komitəsindən Bizim.Media-ya bildirilib ki, 2023-cü ilin yanvar-iyun aylarında dövlət büdcəsinin gəlirləri 15 milyard 479,9 milyon manat, xərcləri isə 14 milyard 63,3 milyon manat təşkil edib.

Büdcənin icrasında yaranmış 1 milyard 416,6 milyon manatlıq profisit ümumi daxili məhsulun 2,3 faizinə bərabər olub.

Daxilolmaların 33,86 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 26,26 faizi əlavə dəyər vergisi, 5,34 faizi xarici iqtisadi fəaliyyətlə bağlı vergilər, 5,27 faizi fiziki şəxslərin gəlir vergisi, 4,14 faizi aksizlər, 1,12 faizi sadələşdirilmiş vergi, 1,99 faizi vergilərin digər növləri, 22,02 faizi isə vergi olmayan gəlirlər hesabına təmin edilib.
Büdcə vəsaitlərinin 20,66 faizi iqtisadi fəaliyyətin, 20,54 faizi təhsil və səhiyyənin, 15,27 faizi müdafiə və milli təhlükəsizlik tədbirlərinin, 15,08 faizi sosial müdafiə və sosial təminatın, 11,97 faizi ümumi dövlət xidmətlərinin, 16,48 faizi isə digər sahələrin maliyyələşdirilməsinə xərclənib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin