Azərbaycanda yanacaq satışından gəlirlər 5,7 faiz artıb

Hazırda oxunan: Azərbaycanda yanacaq satışından gəlirlər 5,7 faiz artıb

150845

Bu ilin yanvar-iyul aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən təkcə avtomobil benzini və dizel yanacağına 1 milyard 681,7 milyon manat xərclənib.

Dövlət Statistika Komitəsindən Bizim.Media-ya bildirilib ki, 2022-ci ilin müvafiq ayları ilə müqayisədə istehlakçılara avtomobil benzini və dizel yanacağı satışından əldə edilən gəlir 5,7 faiz artıb.

2023-cü ilin ilk yeddi ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 5,4 faizi avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin