“İlin əvvəli ilə müqayisədə daşınmaz əmlak bazarında 5,44 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 9,82 faiz qiymət artımı müşahidə olunub”.
Bu rəqəmləri Bizim.Media saytına açıqlayan MBA Konsaltinq şirkətinin rəhbəri, daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimli bildirib ki, cari ay ərzində təkrar mənzil bazarında 2,93 faizlik ucuzlaşma baş versə də, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə isə 4,7 çoxdur:
MÖVZU İLƏ BAĞLI:
Kirayə mənzil sektorundakı qara bazar “ağardılacaq”
“Ötən ay ərzində ilkin mənzil bazarında 0,5 faizlik qiymət azalması, keçən illə müqayisədə isə 24,64 faizlik qiymət artımı baş verib. Fərdi yaşayış və bağ evlərində bu ay 5,74 faiz ucuzlaşma, ötən illə müqayisədə isə 12,46 faiz bahalaşma olub.
Avqust ayı başlayandan kommersiya obyektləri bazarında ucuzlaşma qeydə alınıb ki, bu da 7,17 faiz dəyərində olub.
Amma ötən ilin eyni dövrü ilə müqayisədə 5,1 faiz bahalaşma qeydə alınıb. Torpaq bazarında da oxşar proseslər baş verməkdədir. Belə ki, bu ay ucuzlaşma 5,16 faiz olsa da, 2022-ci illə müqayisədə isə 15,18 bahalaşma olub”.
Ekspertin sözlərinə görə, fərdi yaşayış və bağ evlərinin kirayə haqlarında ay ərzində 7,48 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə 42,57 faiz artım müşahidə olunub.
Rövşən Ziya, Bizim.Media