Yanvar-fevral aylarında əhaliyə verilən sosial ödənişlərin məbləği açıqlandı

Hazırda oxunan: Yanvar-fevral aylarında əhaliyə verilən sosial ödənişlərin məbləği açıqlandı

15034

Sosial təminat növləri (pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı) üzrə ödənişlərdə artım dinamikası 2021-ci ildə də davam edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu ilin yanvar-fevral aylarında həmin istiqamətlər üzrə ümumilikdə 2,3 milyonadək şəxsə ödənişlər edilib.

Qeyd olunan sosial təminat növləri üzrə əhaliyə ötən ilin eyni dövrünə nisbətən 7,1% və ya 67,4 milyon manat çox olmaqla 1 milyard 21 milyon manat vəsait ödənilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin