Bu il iyulun 1-i vəziyyətinə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 5,5 min nəfər və ya 0,3 % artaraq 1 milyon 725,5 min nəfər olub.
Bizim.Media bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, onlardan 894,2 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 831,3 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Muzdla işləyənlərin 19 %-i təhsil, 18,8 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 13 %-i sənaye, 8,4 %-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,5 %-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 6,3 %-i tikinti, 4,2 %-i nəqliyyat və anbar təsərrüfatı, 3,6 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,6 %-i peşə, elmi və texniki fəaliyyət, 2,1 %-i maliyyə və sığorta fəaliyyəti, 14,5 %-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.
Bu ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,5 % artaraq 921,9 manat olub.
İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
11:25 / 10.08.2023
Azərbaycanda orta aylıq nominal əməkhaqqı ARTIB
Hazırda oxunan: Azərbaycanda orta aylıq nominal əməkhaqqı ARTIB
Hazırda oxunan: Azərbaycanda orta aylıq nominal əməkhaqqı ARTIB
150242
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.