Azərbaycanda işsizlikdən və icbari tibbi sığorta daxilolmaları artıb

Hazırda oxunan: Azərbaycanda işsizlikdən və icbari tibbi sığorta daxilolmaları artıb

149927

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar təxminən 3 milyard manat təşkil edib.

Bizim.Media İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,4 % çoxdur.

7 aylıq daxilolmaların 1,9 milyard manatı qeyri-büdcə təşkilatlarının payına düşüb. Bu isə 1 il əvvələ nisbətən 15,6 % çoxdur.

Hesabat dövründə işsizlikdən sığorta haqları üzrə daxilolmalar isə 105,2 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 15,6 % çoxdur. O cümlədən, qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 15,8 % artaraq 76,6 milyon manata çatıb.
7 ay ərzində icbari tibbi sığorta haqları üzrə daxilolmalar isə ötən ilin eyni dövrünə nisbətən 16,9 % artaraq 536,2 milyon manat təşkil edib. O cümlədən, qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 19,5 % artaraq 372,3 milyon manat olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin