2023-cü ilin yanvar-iyul ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 11 milyard 231,2 milyon manat vergi daxil olub.
Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətinin məlumatında bildirilib.
Məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə, vergi daxilolmaları 22,9 faiz və ya 2,1 milyard manat artıb.
Bildirilib ki, qeyri-neft-qaz sektorundan daxilolmalar 6,2 milyard manat təşkil edib. 2022-ci ilin eyni dövrünə nisbətən bu sektordan vergi daxilolmaları 19 faiz və ya 984,1 milyon manat artıb.
Ödənilən vergilərin 45,1 faizi neft-qaz sektorunun, 54,9 faizi qeyri-neft-qaz sektorunun payına düşüb.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
11:26 / 08.08.2023
Azərbaycanda vergi daxilolmaları ARTIB
Hazırda oxunan: Azərbaycanda vergi daxilolmaları ARTIB
Hazırda oxunan: Azərbaycanda vergi daxilolmaları ARTIB
149926
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.