Siqaretin qiymətinin qalxması istifadəçilərinin sayını AZALDIR?

Hazırda oxunan: Siqaretin qiymətinin qalxması istifadəçilərinin sayını AZALDIR?

149828

“Azərbaycanda inflyasiyanın hesablanma metodologiyasında 528 məhsul və xidmətdən istifadə edilir. Bu məhsullar arasında qiymətinin qalxmasına təəssüf etdiyim sonuncu məhsul siqaretdir. Çünki, siqaretin qiymətinin qalxması onun istifadəçilərinin sayının azaldır. Bunu DSK və ÜST hesabatları təsdiqləyir”.

Bizim.Media xəbər verir ki, bu fikirləri iqtisadçı ekspert Eldəniz Əmirov teleqram kanalında yazıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda siqaretlər BAHALAŞDI


Onun sözlərinə görə, hazırda siqaret qiymətlərinin artmasının yeganə səbəbi inflyasiyadır:

“Sadəcə 528 məhsulun əksəriyyətinin qiyməti gündəlik və ya həftəlik bir-iki qəpik artığı üçün nəzərə az çarpır. Amma siqaretin qiyməti dövlət tərəfindən tənzimlənməsə də onun artımı gündəlik və ya həftəlik olmur. Bir müddət daşlaşmış qiymət olur, tərpənməz qalır. 4-5 aydan bir 10 -20 qəpik birdən artır. Bu isə bugünkü rezonansı verir. Çünki, həyat üçün ən lazımsız olan siqaret öz aludəçisini əsir saxlayır. 

Hansı ayda və nə qədər qalxması isə bu sahədəki subyektlərin davranışından asılıdır. Amma illik nəticədə siqaret qiymətlərindəki artım hər zaman ərzaq inflyasiyandan az, qeyri-ərzaq inflyasiyasından çox olur. Bu ildə belə olacağı şübhəsizdir”.

Eldəniz Əmirov bildirib ki, il ərzində Azərbaycan təxminən 16 milyon dollardan çox ABŞ dolları dəyərində tütün və tütünün sənaye əvəzediciləri ixrac olunub: 

“Konkret siqaretin özünə gəldikdə isə Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə Azərbaycandan 4,8 milyon dollar dəyərində 634 milyon ədəd siqaret ixrac edilib.

Amma tütün və tütünün sənaye əvəzedicilərinin idxalına isə 91 milyon ABŞ dolları dəyərində pul xərcləmişik. Yəni tütün və tütün məhsullarına görə bizə gələn gəlirdən 70-75 milyon dollar çox ölkədən vəsait çıxır.

Amma təəssüf ki, Azərbaycanda siqaret çəkən qızların sayı dayanmadan kəskin artır və artmaqdadır.  Ən pisi də odur ki, tərgitmək bacarığına görə qadınlar kişilərdən çox geridə qalırlar. Yəni qadın orqanizminin siqaretdən imtina etməsi daha çətindir. 
Harvardda aparılan tədqiqat nəticəsində bəlli olub ki, hamiləlik dövründə siqaret çəkən qadınların dünyaya gətirdikləri övladları cinayətə daha çox meyilli olurlar.

Bu gün statistikaya görə Azərbaycan hər 66 qadından biri siqaret çəkir. Amma düşünürəm ki, real rəqəm daha böyükdür. Çünki qadınlar bu tip məlumatın gizlədilməsinə önəm verirlər. Yəni, real siqaret çəkən qadınların statistikada olandan daha çoxdur. 

Bunu tibbi statistika başqa yolla isbatlayır. Süd vəzi xərçəngindən və ağciyər xərçəngindən əziyyət çəkən qadınların sayı çox artıb. Çünki siqaretin tərkibində olan kanserogen törəmələr birmənalı olaraq xərçəngi stimullaşdırır.

10 il ərzində siqaret çəkən qadınların tibbi müayinələrinin nəticələrinə əsasən, onların siqaret çəkməyən qadınlara nisbətən 25 dəfə artıq ağciyər xərçəngi xəstəliyinə tutulması aşkarlanıb”.

Rövşən Ziya, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin