Azərbaycan və Pakistan arasında Preferensial Ticarət Sazişinin imzalanması istiqamətində görülən tədbirlər müzakirə olunub.
Bizim.Media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyininməlumatında bildirilib.
Məlumata görə, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Pakistanın ticarət naziri Səid Navid Qəmər ilə keçirilən görüşündə məlum olub.
Onlayn keçirilən görüşdə dostluq və qardaşlığa əsaslanan Azərbaycan-Pakistan əlaqələrinin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi vurğulanıb.
Bildirilib ki, iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi Pakistanla tərəfdaşlığımızın əsas prioritetlərindəndir və bu sahəyə xüsusi töhfə verəcək Preferensial Ticarət Sazişinin imzalanması ilə bağlı işlər davam etdirilir.
Tərəflər Preferensial Ticarət Sazişinin imzalanması istiqamətində görülən tədbirləri, birgə layihələrin icrası və əməkdaşlığımızın gündəliyində olan digər məsələləri müzakirə ediblər.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
18:22 / 04.08.2023
Azərbaycan Pakistan ilə Preferensial Ticarət Sazişinin imzalanmasını MÜZAKİRƏ EDİB
Hazırda oxunan: Azərbaycan Pakistan ilə Preferensial Ticarət Sazişinin imzalanmasını MÜZAKİRƏ EDİB
Hazırda oxunan: Azərbaycan Pakistan ilə Preferensial Ticarət Sazişinin imzalanmasını MÜZAKİRƏ EDİB
149487
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.