Dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər DƏYİŞDİ 

Hazırda oxunan: Dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər DƏYİŞDİ 

149482

"Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na dəyişiklik edilib. 

Bizim.Media xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. 

Sərəncama əsasən, növbəti illərdə tələb olunan maliyyələşmələrin daxili borcalmalar hesabına təmin edilməsi yolu ilə 2026-cı ilin sonuna ümumi dövlət borcunun ÜDM-də payının 30 faizi, o cümlədən xarici dövlət borcunun 10,0 milyard ABŞ dollarını üstələməməsi hədəflənir. 

İndiyə qədər 2026-cı ilin sonuna ümumi dövlət borcunun ÜDM-də payının 20%, o cümlədən xarici dövlət borcunun ÜDM-də payının isə 10% ətrafında saxlanılması hədəflənirdi. 

Büdcə qaydasına uyğun borclanma strategiyasının təsdiqi və tətbiqi dəyişib. 

Sərəncama əsasən, Maliyyə Nazirliyi 2026-cı ilədək dövlət borcunun ÜDM-ə nisbət göstəricisinin ortamüddətli dövrün sonuna hədəflənən yuxarı həddinin 30 % olmasını təmin etməlidir. İndiyə qədər bu tələb 20% idi. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin