“İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Pirallahı Sənaye Parkına daha 30 milyon manata yaxın investisiyanın yatırılması, 250-dən artıq iş yerinin yaradılması nəzərdə tutulur”.
Bizim.Media xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün tviter hesabında bildirib.
"Parkın fəaliyyəti əczaçılıq sənayesinin inkişafına, əhalinin dərman vasitələrinə tələbatının ödənilməsinə, yerli istehsalın və məşğulluğun təşviqinə töhfələr verir.
Burada investisiya kapitalı 66 milyondan çox olan 6 sahibkarlıq subyektinə rezident statusu verilib və bunlardan 2-si artıq istehsal fəaliyyətinə başlayıb. Parka 36 milyon manatdan çox investisiya yatırılıb, 130-dan çox daimi iş yeri yaradılıb, 37 milyon manatlıq məhsul istehsal edilib", - deyə o qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
12:07 / 31.07.2023
Pirallahı Sənaye Parkına daha 30 milyon manata yaxın investisiya QOYULACAQ - FOTO
Hazırda oxunan: Pirallahı Sənaye Parkına daha 30 milyon manata yaxın investisiya QOYULACAQ - FOTO
Hazırda oxunan: Pirallahı Sənaye Parkına daha 30 milyon manata yaxın investisiya QOYULACAQ - FOTO
148747
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.