Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən Bizim.Media-ya bildiriblər ki, iclasda “Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 176-cı maddəsinin bəzi müddəalarının tətbiqi ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2023-cü il 17 yanvar tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim K.Şəfiyevin məruzəsini, ərizəçinin şikayətini, Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin, Vəkillər Kollegiyasının, Azərbaycan Banklar Assosiasiyasının mütəxəssislərinin mülahizələrini, ekspertlər Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Əmək və ekologiya hüququ kafedrasının müdiri, professor, hüquq elmləri doktoru A.Qasımovun və Mülki hüquq kafedrasının professoru, hüquq elmləri doktoru M.Dəmirçiyevanın rəylərini və işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Konstitusiya Məhkəməsinin Plenumu şikayətdə qaldırılan məsələnin həlli məqsədilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 176-cı maddəsinin bəzi müddəalarının hüquqi mahiyyətinin və təyinatının açıqlanmasını zəruri hesab etdiyindən müvafiq normanın xüsusi konstitusiya icraatı qaydasında şərh edilməsi qənaətinə gəlib.
Qərarda deyilir ki, kassasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarında müvafiq qanunvericilik normalarının düzgün tətbiq edilməməsi halı müəyyən olunmadığından Ali Məhkəmənin Mülki Kollegiyasının 2023-cü il 17 yanvar tarixli qərarı Konstitusiyanın 60-cı maddəsinə, Mülki Prosessual Məcəllənin 416-cı və 418-ci maddələrinə uyğun hesab edilməlidir.
Konstitusiyanın 12-ci, 16-cı və 35-ci maddələrinin, habelə Əmək Məcəlləsinin 175-ci və 176-cı maddələrinin hüquqi mahiyyəti və təyinatına uyğun olaraq, əmək haqqının sosial-iqtisadi funksiyasının təmin edilməsi baxımından kreditorla bağlanmış könüllü razılaşmaya əsasən borclunun əmək haqqından akseptsiz qaydada tutmanın əlli faiz həddində aparılması mümkün hesab edilməlidir.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
18:40 / 28.07.2023
Kredit borcu olanların NƏZƏRİNƏ: Əmək haqqının 50 faizi…
Hazırda oxunan: Kredit borcu olanların NƏZƏRİNƏ: Əmək haqqının 50 faizi…
Hazırda oxunan: Kredit borcu olanların NƏZƏRİNƏ: Əmək haqqının 50 faizi…
148413
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.