Azərbaycandakı bank müştərilərinin SAYI  

Hazırda oxunan: Azərbaycandakı bank müştərilərinin SAYI  

148009

Cari ilin iyun ayında bank müştərilərinin sayı may ayı ilə müqayisədə 114 399 nəfər və ya 0,82 faiz artaraq 13 milyon 947 min 162 nəfər təşkil edib.  

Bizim.Media Mərkəzi Bankın aylıq hesabatına istinadən xəbər verir ki, may ayında onların sayı 13 milyon 832 min 763 nəfər olub. 

Qeyd edək ki, ötən ay üzrə sayı açıqlanan müştərilərin 13 milyon 803 min 878 nəfəri fiziki şəxslərdir ki, bu da əvvəlki ayla müqayisədə 113 702 nəfər və ya 0,82 faiz çoxdur. May ayında isə onların sayı 13 milyon 690 min 176 nəfər olub. 

Ötən ay bank müştərilərinin 670 509 nəfəri sahibkarlıqla məşğul olanlar, 143 284 nəfəri isə hüquqi şəxslər təşkil edib.  

Qeyd edək ki, iyun ayında müştəri hesablarının ümumi sayı 35 milyon 204 min 219 nəfər təşkil edib ki, bu da may ayı ilə müqayisədə 452 265 nəfər və ya 1,28 faiz azdır. Belə ki, həmin ayda onları ümumi sayı 34 milyon 751 min 954 nəfər olub.  
Müştəri hesabının 28 milyon 041 min 933 ədədi cari hesablar, 6 milyon 857 min 787 ədədi kredit hesabları, 304 499 ədədi depozit hesabları təşkil edib. Cari hesabların 27 milyon 727 min 572 ədədi fiziki şəxslərlə bağlı olub. Onun da 829 990 ədədi sahibkarlıqla məşğul olanlar, 829 990 ədədi isə hüquqi şəxslərlə bağlıdır. 

Rövşən Ziya, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin