Cari ilin birinci rübündə Azərbaycan Respublikasının həyata keçirdiyi ixrac və idxal əməliyyatlarının və onların əsasında əldə edilən xarici ticarət balansının ümumi həcmi açıqlanıb.
Bizim.Media Mərkəzi Bankın aylıq hesabatına istinadən xəbər verir ki, ixracla bağlı xarici ticarət balansı 8 milyard 483 milyon 780 min ABŞ dolları səviyyəsində olub ki, bu da ötən illə müqayisədə 359 milyon 488 min dollar və ya 4,23 faiz çoxdur.
Ötən il isə bu vəsait 8 milyard 124 milyon 292 min dollar təşkil edib.
Bunun 8 milyard 161 milyon 694 min dolları uzaq xarici dövlətlərlə, 322 milyon 086 min dolları isə MDB dövlətləri ilə aparılan xarici ticarət balansına aiddir.
Cari ildə ölkəmizin idxalla bağlı xarici ticarət balansı isə 3 milyard 763 milyon 123 min dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyard 471 milyon 338 min dollar və ya 39,09 faiz çoxdur.
Ötən il isə bu həcm 2 milyard 291 milyon 785 min dollar səviyyəsində olub.
Builki idxal prosesinin 2 milyard 607 milyon 074 min dolları uzaq xarici ölkələrindən, 1 milyard 156 milyon 049 min dolları isə MDB dövlətlərindən əldə edilən vəsaitlərdir.
Rövşən Ziya, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
16:10 / 25.07.2023
Azərbaycanın xarici ticarət balansı 4,23 faiz artıb
Hazırda oxunan: Azərbaycanın xarici ticarət balansı 4,23 faiz artıb
Hazırda oxunan: Azərbaycanın xarici ticarət balansı 4,23 faiz artıb
147918
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.