Cari ilin 6 ayı ərzində Azərbaycan dövlət büdcəsinin gəlirləri ötən illə müqayisədə 3 milyard 725 milyon manat və ya 24,06 faiz artaraq 15 milyard 480 milyon manat, xərcləri isə 2 milyard 472,8 milyon manat və ya 17,58 faiz artaraq 14 milyard 063.3 milyon manat təşkil edib.
Bizim.Media Mərkəzi Bankın aylıq hesabatına istinadən xəbər verir ki, ötən il bu vəsaitlər müvafiq olaraq 11 milyard 755 min manat və 11 milyard 590.5 min manat həcmində olub.
Qeyd edək ki, cari dövrdə gəlirlərlə xərclər arasındakı fərq, yəni büdcə profisiti 1 milyard 416,7 milyon manat səviyyəsindədir ki, bunun da ÜDM-dəki xüsusi çəkisi 2.3 faizdir.
Cari ildə büdcə gəlirlərinin ÜDM-dəki xüsusi çəkisi 25,7 faiz, xərclərinin isə 23.3 faiz təşkil edir.
Rövşən Ziya, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
15:55 / 25.07.2023
Dövlət büdcəsinin gəlirləri və xərcləri AÇIQLANDI
Hazırda oxunan: Dövlət büdcəsinin gəlirləri və xərcləri AÇIQLANDI
Hazırda oxunan: Dövlət büdcəsinin gəlirləri və xərcləri AÇIQLANDI
147913
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.