Bu ilin yanvar ayında Azərbaycandan ixrac edilən malların məbləği açıqlandı

Hazırda oxunan: Bu ilin yanvar ayında Azərbaycandan ixrac edilən malların məbləği açıqlandı

14784

2021-ci ilin yanvar ayı ərzində Azərbaycanın ixracı 1,6 milyard ABŞ dolları olub. Qeyri-neft sektoru üzrə 146 milyon ABŞ dolları dəyərində ixrac reallaşdırılıb. Qeyri-neft sektoru üzrə ixrac 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,2 milyon ABŞ dolları və ya 3,7 faiz artıb.

Bizim.Media xəbər verir ki, bu haqda məlumat İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin saytında yer alıb.

Mənbə bildirir ki, bu ilin yanvar ayı ərzində Türkiyəyə 52,7 milyon, Rusiyaya 42,8 milyon, İsveçrəyə 10 milyon, Gürcüstana 6,4 milyon və Çinə 4,3 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

2020-ci ilin yanvar ayı ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında xurma (16,7 milyon ABŞ dolları) birinci, pambıq mahlıcı (14,3 milyon ABŞ dolları) ikinci və qabığı təmizlənmiş meşə fındığı (10,2 milyon ABŞ dolları) üçüncü olub.

Ümumiyyətlə, 2021-ci ilin yanvar ayı ərzində meyvə-tərəvəz ixracı 37 milyon, pambıq lifi ixracı 14,3 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 13,8 milyon, kimya sənayesi məhsullarının ixracı 3 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 7,8 milyon, pambıq ipliyi ixracı 3,2 milyon, spirtli və spirtsiz içkilərin ixracı 1 milyon, şəkər ixracı 1,5 milyon, bitki və heyvan mənşəli piylər və yağlar ixracı 1,7 milyon, çay ixracı 760 min ABŞ dolları təşkil edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin