İqtisadiyyat Nazirliyinin əməkdaşları Elvin Əlizadə və Mirzə Ələkbər Babayev III “Yüksəliş” müsabiqəsinin qalibi olub.
Bizim.Media xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov tviter hesabında bildirib.
"İntellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektivli şəxslərin müəyyən edilməsi, peşəkar kadr ehtiyatının yaradılması məqsədilə Prezident İlham Əliyevin sərəncamı ilə təsis edilmiş daha bir “Yüksəliş” müsabiqəsi yekunlaşıb. İki əməkdaşımız da müsabiqənin qalibləridir.
Onlar İqtisadiyyat Nazirliyində kadrların peşəkarlığının artırılması məqsədi daşıyan “Uğur yolu” karyera inkişafı proqramında da qalib gəliblər. Əməkdaşlarımıza və “Yüksəliş” müsabiqəsinin digər qaliblərinə təbriklərimizi çatdırır, uğurlar arzulayırıq", - deyə nazir qeyd edib.
İntellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektivli şəxslərin müəyyən edilməsi, peşəkar kadr ehtiyatının yaradılması məqsədilə Prezident İlham Əliyevin (@presidentaz) sərəncamı ilə təsis edilmiş daha bir “Yüksəliş” müsabiqəsi (@yukselish_az) yekunlaşdı.… pic.twitter.com/yePPGkssjF
— Mikayil Jabbarov (@MikayilJabbarov) July 20, 2023
Bizim.Media