Azərbaycan Özbəkistanla ticarət imkanlarının artırılmasını müzakirə edib - FOTO 

Hazırda oxunan: Azərbaycan Özbəkistanla ticarət imkanlarının artırılmasını müzakirə edib - FOTO 

147088

Azərbaycanla Özbəkistan arasında əməkdaşlığın artırılması, Orta Dəhlizdə ticarət imkanlarının artırılması və yeni potensialların müəyyən edilməsi məqsədilə Özbəkistanın Baş naziri Abdulla Aripovun başçılıq etdiyi nümayəndə heyəti Bakı Limanına səfər edib. 

Bizim.Media xəbər verir ki, bu barədə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC məlumat yayıb. 

Məlumata görə, nəqliyyat, energetika, investisiya və ticarət sahələrinin rəhbər şəxslərinin də təmsil olduğu nümayəndə heyəti Bakı Limanının texniki imkanları, yükaşırma həcmi və terminalların iş prinsipi ilə tanış olub.

Səfər zamanı qonaqlara Bakı Limanında inşası davam edən və yaxın gələcəkdə icrası nəzərdə tutulan infrastruktur layihələri barədə məlumat verilib, sualları cavablandırılıb. 

2018 ci ildən 2023-cü ilin II rübünə qədər Bakı Limanı və Özbəkistan arasında hər iki istiqamət üzrə 18 000 TEU konteyner, 22 000 vaqon və 23 000-dən çox təkərli texnika daşınıb. 






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin