Azərbaycanla Avstriya arasında enerji sahəsində əməkdaşlıq üzrə gələcək perspektivlər müzakirə edilib.
Bu barədə Bizim.Media-ya Energetika Nazirliyindən bildirilib.
Bildirilib ki, müzakirələr energetika naziri Pərviz Şahbazovun Avstriyanın enerji tənzimləyici qurumu “E-Control”un icraçı direktoru, Avropa Enerji Tənzimləyiciləri Şurasının (CEER) vitse-prezidenti Volfqanq Urbançiç ilə keçirilən görüşdə baş tutub.
Görüş zamanı Azərbaycan və Avstriyanın enerji tənzimləyici qurumları arasında imzalanmış Anlaşma Memorandumunun ikitərəfli əlaqələrin genişləndirilməsində əhəmiyyəti vurğulanıb, mövcud əməkdaşlığın gündəliyi nəzərdən keçirilib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
18:32 / 19.07.2023
Azərbaycan Avstriya ilə enerji sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edib
Hazırda oxunan: Azərbaycan Avstriya ilə enerji sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edib
Hazırda oxunan: Azərbaycan Avstriya ilə enerji sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edib
147047
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.