2023-cü ilin yanvar-iyun aylarında “Kapital Bank” ASC-nin faiz gəlirləri 335 milyon 791 min manat, faiz xərcləri 48 miyon 350 min manat təşkil edib.
Bizim.Media bankın açıqladığı hesabata istinadən xəbər veri ki, ötən il bu gəlirlər 291 milyon 307 min manat olub ki, bir illik artım 44 milyon 484 min manat və ya 15,3 faiz səviyyəsində olub.
Ötən dövrdəki faiz xərcləri isə 40 milyon 169 min manat olub. Bu da onu göstərir ki, bu xərclər birdən-birə 8 milyon 181 min manat və ya 16,9 faiz artıb.
Qeyd edək ki, cari ildəki gəlirlərin böyük hissəsi, yəni 254 milyon 042 min manatı müştərilərə verilmiş kreditlər, 57 miyon 017 min manatı ticarət və investisiya qiymətli kağızları üzrə, 16 milyon 631 min manatı banklar və digər maliyyə institutlarındakı depozitlər üzrə, 3 milyon 539 min manatı banklar və digər maliyyə institutlarına verilən kreditlər üzrə, 4 milyon 562 min manatı isə digər faiz gəlirləri üzrə artıb.
Builki xərclərin 34 milyon 852 min manatı depozitlər üzrə faizlər, 1 milyon manatı Mərkəzi Bank və dövlət fondları qarşısındakı öhdəliklər üzrə, 7 milyon 746 min manatı cəlb edilmiş kreditlərə görə verilən faizlər, 5 milyon 752 min manatı isə digər faiz xərcləri təşkil edib.
Rövşən Ziya, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
17:56 / 18.07.2023
“Kapital Bank”ın xərclərində KƏSKİN ARTIM
Hazırda oxunan: “Kapital Bank”ın xərclərində KƏSKİN ARTIM
Hazırda oxunan: “Kapital Bank”ın xərclərində KƏSKİN ARTIM
146865
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.