Qarabağda 80-ə yaxın investisiya layihəsinə BAŞLANILIB 

Hazırda oxunan: Qarabağda 80-ə yaxın investisiya layihəsinə BAŞLANILIB 

146626

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 80-ə yaxın investisiya layihəsinin icrasına başlanılıb. 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev Bakıda keçirilən İslam Ticarət Sənaye və Kənd Təsərrüfatı Palatasının Direktorlar Şurasının 35-ci iclasında deyib. 

M. Musayev vurğulayıb ki, bunlar əsasən sənaye, kənd təsərrüfatı, ticarət və xidmət sektorlarını əhatə edir. 

O bildirib ki, Qarabağ böyük iqtisadi potensiala malikdir: 

"Xüsusən də bioloji təmiz kənd təsərrüfatı məhsullarının yetişdirilməsi, mədən sənayesi, turizm potensialına görə unikal ərazilər hesab edilir. Azərbaycan Prezidentinin Sərəncamı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, vergi güzəştlərinin, sosial sığorta, istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün kommunal xidmətlər üzrə və digər güzəştlərin tətbiqi tapşırılıb. 
Bununla yanaşı, investisiyaların təşviqi mexanizmlərinin, əmək miqrasiyası kvotalarının müəyyən edilməsi və iş icazələrinin verilməsi qaydasının təkmilləşdirilməsi, ekoloji cəhətdən təmiz texnologiyalar tətbiq edən, "yaşıl artım" yaradan və bərpa olunan enerji mənbələrindən istifadə edən investorların dəstəklənməsi, yaşayış massivlərinin tikintisi ilə bağlı dövlət-özəl tərəfdaşlığın inkişafı ilə bağlı güzəştlərin təmin olunması da tapşırılıb". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin