SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda bu müəssisənin yenidənqurma və modernizasiya layihəsinin reallaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Avstriyanın “Poerner”x9d şirkəti ilə yeni bitum qurğusunun inşası üzrə detallı layihələndirmə, satınalma və tikintinin idarə edilməsi (EPCm) müqaviləsi imzalanıb.
SOCAR-danxa0verilən məlumata görə, imzalanma mərasimində SOCAR-ın vitse-prezidentlərixa0Tofiq Qəhrəmanovxa0vəxa0David Məmmədov, “Poerner”x9d şirkətinin sahibi və baş icraçı direktoru Andreas Poerner, Müqavilələr və kommersiya məsələləri üzrə vitse-prezidentixa0Roland Stickler,xa0Avstriyanın Azərbaycandakı səfirliyinin məsul nümayəndəsi xanımxa0Ute Friessnerxa0iştirak ediblər.
Zavodda aparılan rekonstruksiya və modernizasiyası işləri barədə məlumat verən vitse-prezident Tofiq Qəhrəmanov layihə çərçivəsində istismara veriləcək ilk qurğu-Bitum istehsalı qurğusu üzrə müqavilənin imzalanmasının əhəmiyyətini qeyd edib, bunun keçmiş “Azərneftyağ”x9d NEZ-in mövcud infrasturkturunun tamamilə istismardan çıxarılmasına, H.Əliyev adına NEZ-in istismar xərclərinin optimallaşdırılmasına imkan verəcəyini, yüksək keyfiyyətli bitum istehsalına və Bakının ekoloji durumun yaxşılaşdırılmasına kömək edəcəyini bildirib.
“Poerner”x9d şirkətinin baş direktoru Andreas Poerner SOCAR ilə əməkdaşlıq əlaqələrinin inkişafı üçün növbəti imkanın yaranmasından məmnun olduğunu söyləyib, yeni bitum qurğusunun inşası məqsədilə detallı layihələndirmə, satınalma və tikintinin idarə edilməsi (EPCm) işlərinin həyata keçirilməsi üçün bu sahədə qabaqcıl təcrübəyə malik “Poerner”x9d şirkətinin seçilməsindən qürur duyduğunu vurğulayıb.
Bildirilib ki, illik istehsal gücü 400 min ton olan yeni bitum qurğusunun 2018-ci ilin ortalarında istismara verilməsi nəzərdə tutulur.
Müqaviləni H.Əliyev adına NEZ-in direktoruxa0Elman İsmayılovxa0və “Poerner”x9d şirkətinin baş direktoruxa0Andreas Poernerxa0imzalayıb.































































































