Çıxarış sənədi olan torpaq başqasına satılıb - VİDEO

Hazırda oxunan: Çıxarış sənədi olan torpaq başqasına satılıb - VİDEO

146510

Azərbaycanda çıxarışı olan torpaq başqasına satılıb.

Bizim.Media xəbər verir ki, belə bir iddia ilə Lənkəran rayon Parakənd kənd sakini İlham Nuriyev çıxış edib.

Onun sözlərinə görə, ailəsinə 1998-ci ildə verilən 93 sot kənd təsərrüfatı təyinatlı pay torpağının 40 sotu əmisi oğlu tərəfindən zəbt olunub. Pay torpağa 2019-cu ildə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsi tərəfindən reyestır çıxarışı da verilib.
İlham Nuriyev iddia edir ki, reyestr çıxarışı verilən gündən torpağın yarısını onun əmisi oğlu Bayram  Nuriyev qanunsuz çəpərə alaraq orada sitrus ağacları əkib.

"Vətəndaş təkcə əmisi oğlundan şikayətçi deyil, o kəndin bələdiyyə sədri  Ələmşah Məmmədovdan da  şikayətçidir. Onun torpağının bələdiyyə tərəfindən satıldığını iddia edir."

Bayram Nuriyev səslənən iddiaları qəbul etmədiyini, 40 sot torpağın 1995-ci ildən ona məxsus olduğunu bildirib.

Hirkan Bələdiyyəsinin sədri Ələmşah Məmmədov isə deyib ki, İlham Nuriyevin  torpağının bir hissəsinin bələdiyyə tərəfindən satılması əsassızdır və ona məxsus olan 93 sot torpaq yerindədir.

Mübahisəli torpaq məsələsinə baxılması üçün iş hazırda Şirvan İnzibati Məhkəməsindədir. Məhkəmənin qərarı növbəti ayda məlum olacaq və onda torpağın kimə məxsus olduğu bilinəcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialda:
 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin