Qeyri-neft sektorundan büdcəyə daxilolmalarda ARTIM  

Hazırda oxunan: Qeyri-neft sektorundan büdcəyə daxilolmalarda ARTIM  

146413

Bu ilin I yarısında Azərbaycanın dövlət büdcəsinin qeyri-neft-qaz sektoru üzrə daxilolmaları 8 831,2 milyon manat təşkil edib ki, bu da proqnozdan 20,5 %, ötən ilin eyni dövrü ilə müqayisədə isə 18,4 % çoxdur. 

Bizim.Media xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin 2023-cü ilin altı ayı üzrə icmal və dövlət büdcələrinin icrasına dair məlumatında qeyd olunub.  

Bildirilib ki, hesabat dövründə büdcə daxilolmalarında qeyri-neft-qaz sektorunun payı 57 % təşkil edib. 

Sektor üzrə daxilolmaların 58,8 %-i və yaxud 5 193,7 milyon manatı vergi daxilolmaları, 34,8 %-i və yaxud 3 075,5 milyon manatı gömrük rüsumları və idxala vergi daxilolmaları, 4,5 %-i və yaxud 393,9 milyon manatı büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar, 0,2 %-i və yaxud 16 milyon manatı dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar, 1,7 %-i və yaxud 152,1 milyon manatı isə sair gəlirlər olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin