Bu il Qarabağda yenidənqurma işlərinə 2 milyard manat VƏSAİT YÖNƏLDİLİB 

Hazırda oxunan: Bu il Qarabağda yenidənqurma işlərinə 2 milyard manat VƏSAİT YÖNƏLDİLİB 

146407

Bu ilin I yarısında Azərbaycan hökuməti işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasına və bərpasına 1 milyard 967,9 milyon manat vəsait yönəldib. 

Bizim.Media xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin 2023-cü ilin altı ayı üzrə icmal və dövlət büdcələrinin icrasına dair məlumatında qeyd olunub. 

Məlumata görə, bu, 2023-cü ilin dövlət büdcəsində sözügedən məqsədlə nəzərdə tutulmuş 3 milyard manat vəsaitin 65,6 %-i deməkdir. Həmin vəsait sifarişçi təşkilatların müvafiq layihələr üzrə təqdim etdiyi kassa sifariş sənədləri əsasında istifadə olunub. 
Dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərcləri üzrə icraçıların verdiyi sifarişlər əsasında 758,7 milyon manat maliyyələşdirilmə həyata keçirilib ki, bu da cari ildə həmin məqsəd üçün nəzərdə tutulmuş xərclərin 28,5 %-nə bərabərdir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin