Cari ilin 6 ayı ərzində Azərbaycandan dünyanın 18 ölkəsinə xam neft və onun məhsulları ixrac olunub ki, bunun da həcmi 12 milyard 818 milyon 606.52 min ton, maliyyə dəyəri isə 7 milyard 803 milyon 144.30 min dollar təşkil edib.
Bizim.Media Dövlət Gömrük Komitəsinin Xarici Ticarətinin Gömrük Statistikasına istinadən xəbər verir ki, bu ölkələr sırasında ilk beşlikdə İtaliya, İspaniya, İsrail, Hindistan və Türkiyə yer tutublar.
I yerdə dayanan İtaliyaya cari dövrdə bu ölkəyə 4 milyard 910 milyon 025.26 min ton həcmində xam neft və onun məhsulları ixrac olunub ki, bunun da maliyyə dəyəri 3 milyard 007 milyon 295.98 min ABŞ dolları təşkil edir. Ötən ilki həcm 5 milyard 081 milyon 468,34 min ton, dəyəri isə 3 milyard 606 milyon 011,28 min dollar olub. Hesablamalardan da görünür ki, 1 il ərzində ixracın həcmində 171 milyon 443,08 min ton və ya 3,73 faiz, dəyərində isə 598 milyon 715,3 min dollarlıq ciddi azalma baş verib.
II yerdə dayanan İspaniyaya bu il 644 milyon 665.26 min dollar dəyərində xam neft və məhsulları ixrac olunub ki, bunun da həcmi 1 milyard 017 milyon 351.02 min ton təşkil edib.
Ötən ilin eyni dövründə isə bu ölkə Azərbaycanın ixrac siyahısında VI yerdə qərarlaşmışdı. Çünki, bu ölkəyə 470 milyon 851,18 min ton həcmində və 340 milyon 267,43 min dollar dəyərində xam neft və məhsulları satılmışdı. Burdan da aydın olur ki, 1 il ərazində həcmində 546 milyon 499,84 min tonluq və ya 53,72 faizlik, dəyərində isə 304 milyon 397,83 min dollarlıq və ya 47,22 faizlik artımla birdən-birə II yerə yüksəlib.
İsrail dövləti ötən il qərarlaşdığı II yerdən bir il ərzində III yerə düşüb. Belə ki, ötən ilin 6 ay ərzində bu ölkəyə ixrac olunan xam neft və məhsullarının ümumi həcmi 1 milyard 280 milyon 680,08 min ton, maliyyə dəyəri isə 930 milyon 353,43 min dollar təşkil edib. Bir il ərzində ixracın həcmində 259 milyon 161,75 min ton və ya 20,24 faiz azalaraq 1 milyard 021 milyon 518.33 min ton, maliyyə dəyəri isə 299 milyon 020,38 min dollar və ya 32,14 faiz azalaraq 631 milyon 333.05 min dollar olub.
Bu il Hindistana göndərilən xam neft və məhsullarının həcmində və dəyərində ciddi azalma baş verdiyi üçün ötən il tutuduğu üçüncü yerdən dördüncü yerə düşüb. Belə ki, ötən il bu ölkəyə 959 milyon 145,53 min ton həcmində və 770 milyon 016,57 min dollar dəyərində ixrac həyata keçirilimişdisə, cari ildə bu həcm 1 milyard 027 milyon 221.27 min tona yüksəlib, dəyəri isə 610 milyon 361.61 min dollara düşüb. Hesablamalardan görünür ki, həcmində 68 milyon 075,74 min ton və ya 6,62 faiz artım olsa da, dəyərində 159 milyon 654,96 min dollar və ya 20,73 faiz azalma baş verib.
Türkiyə isə ötənilki siyahıda olmasa da, bu il ilk beşliyə düşə bilib. Belə ki, bu il qardaş ölkəyə 957 milyon 895.10 ton həcmində və 548 milyon 975.73 min dollar dəyərində xam neft və məhsulları ixrac olunub.
Rövşən Ziya, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
12:09 / 15.07.2023
Azərbaycanın xam neft ixrac etdiyi ilk 5 ölkənin siyahısı DƏYİŞDİ
Hazırda oxunan: Azərbaycanın xam neft ixrac etdiyi ilk 5 ölkənin siyahısı DƏYİŞDİ
Hazırda oxunan: Azərbaycanın xam neft ixrac etdiyi ilk 5 ölkənin siyahısı DƏYİŞDİ
146353
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.