Qeyri-neft-qaz məhsullarının ixracı artdı

Hazırda oxunan: Qeyri-neft-qaz məhsullarının ixracı artdı

146139

2023-cü ilin yanvar-may aylarında qeyri-neft-qaz məhsullarının ixracı ötən ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 22,1 faiz, real ifadədə 18,3 faiz artaraq 1465,8 milyon dollara bərabər olub.

Dövlət Statistika Komitəsindən Bizim.Media-ya bildirilib ki, qeyri-neft-qaz məhsulları üzrə ixracın dəyərində Türkiyəyə (31,7 faiz), Rusiyaya (27,6 faiz), Gürcüstana (11,0 faiz), İsveçrəyə (3,6 faiz), Qazaxıstana (3,3 faiz), Türkmənistana (2,6 faiz), Ukraynaya (2,2 faiz), İtaliyaya (1,4 faiz), Birləşmiş Ərəb Əmirliklərinə (1,4 faiz), Özbəkistana (1,3 faiz), Belçikaya (1,3 faiz), Rumıniyaya (1,2 faiz), Çinə (1,1 faiz) və Almaniyaya (1,0 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin