2023-cü ilin yanvar-may aylarında dövlət büdcəsinin gəlirləri 13 milyard 961,0 milyon manat təşkil edib.
Bizim.Media Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, büdcənin icrasında yaranmış 2 milyard 818,6 milyon manatlıq profisit ümumi daxili məhsulun 5,7 faizinə bərabər olub.
Daxilolmaların 36,20 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisi əldə olunub ki, bunun da ümumi dəyəri 5 milyard 053,8 milyon manat, ÜDM-dəki payı isə 10,19 faiz təşkil edib.
Fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmalar 665,1 milyon manat və ya 4,76 faiz, ÜDM-dəki payı isə 1,34 faiz olub.
Büdcə vəsaitinin 24,56 faizi əlavə dəyər vergisi üzə təşkil edib ki, bunun da dəyəri 3 milyard 428,5 milyon manat, ÜDM-dəki payı isə 6,92 faizdir. Xarici iqtisadi fəaliyyətlə bağlı büdcəyə daxil olan verginin ümumi həcmi 682,3 milyon manat və ya 4,89 faiz, ÜDM-dəki payı isə 1,38 təşkil edib.
Aksizlər üzrə büdcəsinə 3,87 faiz həcmində və 540,5 milyon manat dəyərində vəsait daxil olub. Bunun da ÜDM-dəki payı 1,09 faizdir.
Sadələşdirilmiş verginin payı 1,12 faiz (156,5 milyon manat və ÜDM payı - 0,32 faiz), yol vergisi üzrə 0,42 faiz (59,1 milyon manat və ÜDM payı - 0,12 faiz), torpaq vergisi üzrə 0,11 faiz (15,1 milyon mabat və ÜDM payı - 0,03 faiz), əmlak vergisi üzrə 0,89 faiz (124,9 milyon manat və ÜDM payı 0,25 faiz, mədən vergisi üzrə 0,43 faiz (59,7 milyon manat və ÜDM payı 0,12 faiz), digər daxilolmalar üzrə isə 22,75 faiz (3 milyard 175,5 milyon manat və ÜDM payı 6,40 faiz) təşkil edib.
Rövşən Ziya, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
16:13 / 13.07.2023
Dövlət büdcəsinin gəlirləri 13 milyard manatı ÖTDÜ
Hazırda oxunan: Dövlət büdcəsinin gəlirləri 13 milyard manatı ÖTDÜ
Hazırda oxunan: Dövlət büdcəsinin gəlirləri 13 milyard manatı ÖTDÜ
146065
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.