Mərkəzi Bankın ehtiyat aktivlərində KƏSKİN ARTIM 

Hazırda oxunan: Mərkəzi Bankın ehtiyat aktivlərində KƏSKİN ARTIM 

146005

2023-cü ilin I rübü üzrə cari əməliyyatlar balansında 3 milyard 376.2 milyon dollarlıq, kapital və maliyyənin hərəkəti hesabında isə 1 milyard 302.6 milyon dollarlıq profisit yaranıb. Ehtiyat aktivlərdə isə profisit 3 milyard 453.8 milyon dollar artıb.  

Bizim.Media Azərbaycan Mərkəzi Bankının “Tədiyyə balansı” hesabatına istinadən xəbər verir ki, ötən ilin I rübündə isə əməliyyatlar balansının profisiti 3 milyard 952.7 milyon dollar təşkil edib.  

Kapital və maliyyənin hərəkəti hesabında ciddi kəsr yaranıb ki, bu da 1 milyard 195.6 milyon dollardan artıq olub. Ehtiyat aktivlərind isə kəsr 1 milyard 572.4 milyon dollar dəyərində olub.

Buradan da görünür ki, bir il ərzində əməliyyatlar balansında 576,5 milyon dollarlıq və ya 14,59 faizlik azalma, kapital və maliyyənin hərəkəti hesabında isə cari göstərici olduğu kimi qalıb. Ehtiyat aktivlərdə isə 1 milyard 881,4 dollarlıq və ya 54,47 faizlik artım baş verib. 

Cari əməliyyatlar hesabının profisiti 3.4 milyard dollar və ya ÜDM-in 18.9%-ni təşkil edib. 2022-ci ilin I rübündə profisit 3.9 milyard dollar səviyyəsində olub. Buradan da aydın olur ki, 1 il ərzində profisitdə təxminən 500 milyon dollarlıq azalma baş verib. 
Neft-qaz sektoru üzrə cari əməliyyatlar balansının profisiti ötən ilin müvafiq dövrünə nəzərən 7.6% azalaraq 5.1 milyard dollar, qeyri-neft-qaz sektoru üzrə bu balansın kəsri isə 10.3% artaraq 1.7 milyar dollara qədər yüksəlib. 

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin