Azərbaycanın neft hasilatı ilə bağlı BEYNƏLXALQ PROQNOZ

Hazırda oxunan: Azərbaycanın neft hasilatı ilə bağlı BEYNƏLXALQ PROQNOZ

145858

2023-2024-cü illərdə Azərbaycanda sutkada 640-670 min barel neft hasil edəcək. 

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Enerji İnformasiya Administrasiyasının (EIA) 2023-2024-cü illər üzrə neft və digər karbohidrogen mayelərin istehsalı ilə bağlı proqnozunda əks olunub. 

EİA I rübdə gündəlik neft hasilatının 670 min barel olacağını da proqnozlaşdırıb. Rübün hələ başa çatmadığını nəzərə alsaq, bu nəticənin əldə olunması ilə bağlı yekun məlumatı tezliklə əldə etmək mümkün olacaq. 

Qeyd edilir ki, II rübdə gündəlik hasilat bir qədər azalaraq 650 min, III rübdə isə 640 min barelə düşəcək. IV rübdə isə bu hasilatın 650 min barrelə qədər artacağı gözlənilir.

2024-cü ildə isə neft hasilatı sutkada 660-670 min barel arasında dəyişəcək. I rübdən III rübədək neft hasilatı sutkada 660 min barel səviyyəsində qalacaq, dördüncü rübdə isə hasilat 670 min barelə yüksələcək.

Beynəlxalq Valyuta Fondu isə 2023-2024-cü illərdə Azərbaycanda gündəlik neft hasilatının 650 min barrelə çatacağını proqnozlaşdırıb.

BVF-nin Yaxın Şərq və Mərkəzi Asiya ölkələri üzrə may ayı üzrə regional icmalına əsasən, cari ildə ölkədə qaz hasilatı 2022-ci ildəki 790 min barel ekvivalentinə qarşı gündəlik 830 min barel olacaq. 2024-cü ildə proqnoz 920 min barel təşkil edəcək.

BVF 2023-2024-cü illərdə Azərbaycandan neft ixracının 2022-ci ildəki 530 min barelə qarşı sutkada 520 min barelə çatacağını proqnozlaşdırır.

Bir sözlə, 2022-ci ildəki 390 min barelə qarşı 2023-cü ildə qaz 440 min barel olacaq və 2024-cü ildə qaz 470 min barel/neft ekvivalentinə çatacaq.

2023-cü ildə Azərbaycan üçün neftin bir barelinin fiskal zərərsiz qiyməti 77 dollar, 2024-cü ildə isə 78,2 dollar təşkil edəcək. 2022-ci ildə isə bu göstərici 63,6 dollara bərabər olub.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin