İyun ayının 1-nə qədər kənd təsərrüfatı sahəsi üzrə toplanan sığorta haqları ötən ilin eyni dövrü ilə müqayisədə, 6 milyon 572 min manat və ya 52,60 faiz artıb.
Bizim.Media Mərkəzi Bankın rüblük statistikasına istinadən xəbər verir ki, cari dövrdə bu məbləğ 12 milyon 495,4 min manat, ötən ilin eyni dövründə isə 5 milyon 923,4 min manat təşkil edib.
Cari dövrdə sığorta ödənişlərinin ümumi məbləği cəmi 1 milyon 205,2 min manat həcmində olub. Bu da onu göstərir ki, toplanan vəsaitlərlə ödənilən vəsaitlər arasında birdən-birə 11 milyon 290,2 min manatlıq böyük bir fərq yaranıb.
Cari dövrdə toplanan sığorta haqlarının ən böyük hissəsi kənd təsərrüfatı bitkiləri məhsulları üzrə olub ki, bunun da ümumi həcmi 10 milyon 493.9 min manat olub. Kənd təsərrüfatı heyvanlarının sığortası üzrə isə cəmi 2 milyon 001.5 min manat toplanıb.
Qeyd edək ki, sığorta ödənişlərinin də əsas hissəsi kənd təsərrüfatı bitkiləri məhsulları ilə bağlı olub ki, bu məbləğ 741.3 min manat səviyyəsində olub. Kənd təsərrüfatı heyvanlarının sığortası üzrə isə 463.9 min manat ödəniş edilib.
Rövşən Ziya, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
10:42 / 12.07.2023
Kənd təsərrüfatı üzrə toplanan sığorta haqlarında KƏSKİN ARTIM
Hazırda oxunan: Kənd təsərrüfatı üzrə toplanan sığorta haqlarında KƏSKİN ARTIM
Hazırda oxunan: Kənd təsərrüfatı üzrə toplanan sığorta haqlarında KƏSKİN ARTIM
145810
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.