Bu il Azərbaycanın hasil etdiyi neftin həcmi AÇIQLANDI

Hazırda oxunan: Bu il Azərbaycanın hasil etdiyi neftin həcmi AÇIQLANDI

145809

Bu ilin 6 ayında Azərbaycanda neft-kondensat hasilatı 15,2 mln. ton, ixracı isə 12,7 mln. ton olub.

Bizim.Media xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “Twitter“ hesabında paylaşım edib.

Xatirladaq ki, ötən il qeyd olunan göstəricilər müvafiq olaraq 16,5 mln. ton və 13,4 mln. ton səviyyəsində olub.

Paylaşıma əsasən, hesabat dövründə 3% artımla hasil edilmiş 24,1 mlrd. kubmetr qazın 12 mlrd. kubmetri ixrac olunub.

“Bu ilin 6 ayında operativ məlumatlara əsasən neft-kondensat hasilatı 15,2 mln. ton, ixracı isə 12,7 mln. ton olub. Bu dövrdə 3% artımla hasil edilmiş 24,1 mlrd.m3 qazın 12 mlrd.m3-i ixrac olunub”, - paylaşımda qeyd olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin