Gömrük xətti ilə büdcə daxilolmalarında KƏSKİN ARTIM

Hazırda oxunan: Gömrük xətti ilə büdcə daxilolmalarında KƏSKİN ARTIM

145807

2023-cü ilin 6 ayı ərzində Azərbaycanda gömrük orqanları üzrə dövlət büdcəsinə ümumilikdə 3 milyard 075 milyon 366 min manat ödənilib. 

Bizim.Media Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövründə bu vəsait 2 milyard 539 milyon 570,6 min manat həcmində olub.  

Burdan da aydın olur ki, büdcə daxilolmalarında 535 milyon 795,4 min manat və ya 21 faiz artım baş verib.

Cari ildəki büdcə daxilolmalarının əsas hissəsi ƏDV-lərin üzərinə düşüb ki, bu da ümumilikdə 2 milyard 186 milyon 168 min manat təşkil edib. Gömrük rüsumları üzrə büdcəyə 768 milyon 744.1 min manat, aksizlər üzrə 97 milyon 361,5 min manat, yol vergisi üzrə isə cəmi  23 milyon 092,3 min manat daxil olub. 

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin