“Abşeron” yatağından hasilat başlandı

Hazırda oxunan: “Abşeron” yatağından hasilat başlandı

145556

Bu gün Azərbaycanın qaz ehtiyatlarının həcminə görə ikinci ən böyük yatağı olan “Abşeron” qaz-kondesat yatağından ilk qazın hasilatına başlanılıb.

Bizim.Media SOCAR-a istinadən xəbər verir ki, Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan təxminən 100 kilometr cənub-şərqdə yerləşən “Abşeron” qaz-kondensat yatağının işlənməsinin İlkin Hasilat Sxemi (İHS) mərhələsi sualtı hasilat quyusunu SOCAR-ın “Neft Daşları”ndakı mövcud qurğuları ilə əlaqəli yeni qaz emalı platformasına birləşdirir. İHS mərhələsinin hasilat gücü gündəlik 4 milyon kubmetr qaz və 12 min barel kondensat təşkil edir.

Qazın Azərbaycanın daxili bazarına satılması nəzərdə tutulur.

Qeyd edək ki, “Abşeron” yatağı Azərbaycan geoloqları tərəfindən 1960-cı illərdə kəşf edilib. Yataqda qaz ehtiyatlarının həcminin 350 milyard kubmetr olduğu bildirilir. Bu, Xəzər dənizində “Şahdəniz” yatağından sonra ikinci böyük qaz yatağıdır.

Ölkəmizin qaz ehtiyatları “Şahdəniz” və “Abşeron”la məhdudlaşmır. Azərbaycanın “Babək” yatağının qaz ehtiyatları təxminən 400 milyard kubmetr həcmində qiymətləndirilir. 2010-cu ilin noyabrında kəşf edilən “Ümid” yatağının ümumi ehtiyatı 200 milyard kubmetr qaz və 40 milyon ton kondensat həcmindədir.
Bu yataq Azərbaycanın müstəqillik dövründə kəşf edilmiş ilk qaz-kondensat yatağıdır. “Ümid” yatağı Bakıdan 75 kilometr cənubda, qurudan 40 kilometr məsafədə Xəzər dənizində yerləşir. Yataq 2012-ci ildə istismara verilib. İndiyədək yataqdan 7 milyard kubmetrə yaxın qaz hasil olunub, yaxın gələcəkdə hasilatın kəskin artırılması üçün zəruri işlər görülür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin