Son 10 il ərzində orta hesabla əhalinin hər nəfərinə düşən mənzil və ev sahəsi 17.6 m2-dən 20 m2-ə çatıb.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Sosial Tədqiqatlar Mərkəzi (STM), Mediasiya Şurası və Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının birgə təşkil etdiyi "Tikinti Sektoru Subyektləri arasında vahid müqavilə formalarının tətbiqi və bu sahədə mübahiselərin mədiasiya vasitəsi ilə həlli tətbiqi" mövzusuna konfransda çıxış edən STM rəhbəri Zahid Oruc deyib.
Onun sözlərinə görə, bu istiqamətdə ən yüksək artım Abşeron-Xızı, ən az Mil-Muğan iqtisadi rayonları üzrə qeydə alınıb.
"Dövlət hesabına əhalinin mənzil şəraitinin yaxşılaşdırılması və mənzillərin güzəştlə əldə edilməsi sahəsində görülən tədbirlər nəticəsində dövlət hesabına mənzil alan və yaşayış şəraitini yaxşılaşdıran ailələrin sayı 2000-ci 1758 ailə olduğu halda, 2021-ci ildə 3258 ailəyə çatıb. Mənzil fondunun qazla təminatı son 20 ildə 82.0%-dən 95.8%-ə, su xətti ilə təminatı 60.7%-dən 85.1%-ə, kanalizasiya ilə təminatı 42.1%-dən 81.9%-ə çatdırılıb",- Zahid Oruc bildirib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
11:25 / 07.07.2023
Əhalinin hər nəfərinə düşən mənzil sahəsi - STATİSTİKA
Hazırda oxunan: Əhalinin hər nəfərinə düşən mənzil sahəsi - STATİSTİKA
Hazırda oxunan: Əhalinin hər nəfərinə düşən mənzil sahəsi - STATİSTİKA
145021
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.