İqtisadiyyat naziri Mikayıl Cabbarov Ümumdünya Ticarət Təşkilatı (ÜTT) ilə keçirilən görüş barədə məlumat verib.
Bizim.Media xəbər verir ki,bu barədə nazir özünün “Twitter” hesabında məlumat verib.
“Azərbaycanın ÜTT-yə üzvlüyü ilə bağlı İşçi Qrupun Cenevrədə keçirilən 15-ci iclasında ölkəmizin dayanıqlı iqtisadi inkişafı, beynəlxalq ticarətə inteqrasiya ilə bağlı fikirlərimizi bölüşdük və biznes mühitinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar barədə məlumat verdik”, - deyə M.Cabbarov qeyd edib.
Bizim.Media
Azərbaycanın ÜTT-yə (@wto) üzvlüyü ilə bağlı İşçi Qrupun Cenevrədə keçirilən 15-ci iclasında ölkəmizin dayanıqlı #iqtisadi inkişafı, #beynəlxalqticarət-ə inteqrasiya ilə bağlı fikirlərimizi bölüşdük və #biznes mühitinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar… pic.twitter.com/sIhP1mfhz5
— Mikayil Jabbarov (@MikayilJabbarov) July 6, 2023