Azərbaycan-Türkiyə ticarət dövriyyəsində KƏSKİN ARTIM 

Hazırda oxunan: Azərbaycan-Türkiyə ticarət dövriyyəsində KƏSKİN ARTIM 

144925

Cari ilin beş ayı ərzində Azərbaycanla Türkiyə arasında həyata keçirilən ticarət dövriyyəsinin ümumi dəyəri 3 milyard 570 milyon 298.06 min ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni 1 milyard 116 milyon 951,71 dollar və ya 31,28 faiz çoxdur. 

Bizim.Media Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir ki, ötən il bu göstərici 2 milyard 453 milyon 346.35 min manat olub.  

Cari dövrdə bu gəlirin 2 milyard 605 milyon 934.45 min dolları ixracın, 1 milyard 003 milyon 660.32 min dolları isə idxalın üzərinə düşüb.  

Ötənilki maliyyə dəyəri isə ixrac üzrə 1 milyard 601 milyon  468.68 min dollar, idxal üzrə isə 851 milyon 877.67 min dollar təşkil edib. Hesablamalar göstərir ki, bir il əzində ixracda 1 milyard 004 milyon 465,77 min dollarlıq və ya 38,55 faizlik, idxalda isə 151 milyon 782,65 min dollarlıq və ya 15,13 faizlik artım baş verib. 

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin