Mərkəzi Bankın inzibati xərcləri 31 faiz ARTDI 

Hazırda oxunan: Mərkəzi Bankın inzibati xərcləri 31 faiz ARTDI 

144350

2022-ci ilin dekabrın 31-nə qədər Azərbaycan Mərkəzi Bankının inzibati və sair əməliyyat xərcləri əvvəlki illə müqayisədə 35,633 milyon manat və ya 30,92 faiz artaraq 115,206 milyon manat təşkil edib.  

Bizim.Media AMB-nin illik hesabatına istinadən xəbər verir ki, 2021-ci ilin eyni dövründə bu məbləğ 79,573 milyon manat olub.  

Bankın ötənilki ən böyük xərcləri işçiləri ilə bağlı olub ki, bu da ümumilikdə 32,509 milyon təşki edib ki, bu da əvvəlki dövrlə müqayisədə 10,406 milyon manat və ya 32,01 faiz çoxdur. Belə ki, bu dövrdə işçilərə 22,103 milyon manat xərclənib. 
Qurumun sığorta xidmətləri üzrə xərcləri 2021-ci ildə 832 min manat, 2022-ci ildə isə 1,056 manat həcmində olub. Burdan da aydın olur ki, 1 il ərzində xərclərdə 224 min manat və ya 21,21 faiz artım baş baş verib.

İcbari tibbi sığorta üzrə ayırmaların ümumi həcmi ötən il 572 min manat, əvvəlki ildə isə 428 min manat olub. Bir illik artım isə cəmi 144 min manat və ya 25,17 faiz təşkil edib.  

Ötən il Mərkəzi Bankın xərclərinin az bir hissəsi əməkdaşların ezamiyyələrinə sərf olunub ki, bu da ümumilikdə 300 min manat təşkil edib. 2021-ci ildə isə bu məbləğ 166 min manat olub. Burdan da görünür ki, qurum 1 il ərzində ezamiyyə xərclərini 134 min manat və ya 44,67 faiz artırmalı olub. 

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin