Bolqarıstan Azərbaycandan QAZ İDXALINI artırdı

Hazırda oxunan: Bolqarıstan Azərbaycandan QAZ İDXALINI artırdı

144125

Bolqarıstan 2023-cü ilin aprel ayında Azərbaycandan 74,8 milyon kubmetr təbii qaz idxal edib, martda bu rəqəm 44,5 milyon kubmetr olub.

Bizim.Media xəbər verir ki, bu barədə trend.az-a Avropa İttifaqının Statistika İdarəsi olan "Eurostat"dan məlumat verilib.

Beləlilə, Azərbaycandan ölkəyə qaz idxalı əvvəlki ayla müqayisədə 68 faizdən çox artıb.

Apreldə qaz tədarükünün dəyəri martda 30,5 milyon avro ilə müqayisədə 29,9 milyon avro təşkil edib ki, bu da 2 faizdən çox azalma deməkdir.

Qeyd edək ki, Bolqarıstan 2022-ci il oktyabrın 1-də istifadəyə verilən Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) vasitəsilə Azərbaycandan qaz idxalına başlayıb.

Bu interkonnektor vasitəsilə qaz tədarükünün müqavilə üzrə həcmi ildə 1 milyard kubmetr təşkil edir. IGB-nin ümumi tutumu 3 milyard kubmetrdir və ildə 5 milyard kubmetrə qədər genişləndirilməsi mümkündür.
Azərbaycan Cənub Qaz Dəhlizinin bir hissəsi olan Trans-Adriatik Boru Kəməri ilə Avropaya qaz ixrac edir. TAP-ın ilkin ötürücülük qabiliyyəti 10 milyard kubmetrdir və ildə 20 milyard kubmetrə qədər genişləndirilməsi mümkündür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin