Xaricə səfər edən vətəndaşların sığorta daxilolmaları 46% artıb

Hazırda oxunan: Xaricə səfər edən vətəndaşların sığorta daxilolmaları 46% artıb

143869

2023-cü ilin yanvar-may aylarında Azərbaycandan xaricə səfər edən vətəndaşların sığortası üzrə daxilolmalar 2 milyon 171.5 min manat olub.

Bizim.Media Azərbaycan Mərkəzi Banka (AMB) istinadən xəbər verir, bu göstəricinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 46.3% və ya 686.9 min manat çoxdur.

2022-ci ilin müvafiq dövründə xaricə səfər edən vətəndaşların sığortası üzrə daxilolmalar 1 milyon 484.6 min manat təşkil edib.

Qeyd edək ki, cari ilin yanvar-may aylarında xaricə səfər edən vətəndaşların sığorta ödənişləri 103.2 min manat təşkil edib ki, bu da 2022-ci ilin ilk 5 ayı ilə müqayisədə 2.9% və ya 2.9 min manat çoxdur.

Hesabat dövründə bu sığorta növü üzrə sığorta zərərliliyi 29% azalıb.

Belə ki, sığorta şirkətləri bu ilin ilk 5 ayında toplanan hər 100 manat sığorta haqqının 4.8 manatını ödənişə yönəldibsə, 2022-ci ilin yanvar-may aylarında bu göstərici 6.8 manat təşkil edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin