2023-cü ildə neft-qaz ixracı ARTIB – RƏSMİ   

Hazırda oxunan: 2023-cü ildə neft-qaz ixracı ARTIB – RƏSMİ   

143527

Cari ilİn 5 ayı ərzində Azərbaycandan xaricə 14 milyard 648 milyon 531 min ABŞ dolları dəyərində neft-qaz məhsulları ixrac olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə cəmi 420 milyon 088 min ABŞ dolları və ya 2,87 faiz çoxdur.  

Bizim.Media Dövlət Gömrük Komitəsinin bu ilin 5 aylıq hesabatına istinadən xəbər verir ki, bu həcm 2022-ci ildə 14 milyard 228 milyon 442 min ABŞ dolları təşkil edib.  

Cari dövrdə ixrac olunan məhsulların əss hissəsi bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları təşkil edib ki, bunun da ümumi çəkisi 11 milyon 752  min 575 ton, maliyyə dəyəri isə 7 milyard 220 milyon 253 min dollar olub.  
Ötən dövrdə isə bu həcm 11 milyon 383 min 684 ton, maliyyə dəyəri isə 8 milyard 058 milyon 720 min dollar olub. Hesablamardan aydın olur ki, 1 il ərzində çəkidə 368 min 891 ton və ya 3,14 faiz artım, dəyərində isə 838 milyon 466 min dollarlıq və ya 10,40 faizlik azalma baş verib.

Xam məhsullardan başqa, bitumlu süxurlardan alınmış neft və neft məhsullarının ümumi çəkisi 479 min 451 ton, dəyəri isə 284 milyon 470 min dollar təşkiı edib. Ötən il siə bu həcm 245 min 287 ton və 143 milyon 498 min dollar olub.

Aydın olur ki, bir il ərzində çəkidə 234 min 164 ton və ya 48,84 faiz, dəyərində isə 140 milyon 972 min dollar və ya 49,55 faiz artım baş verib.  

Bu ilin 5 ayı ərzində ixrac olunan məhsullar arasında təbii qaz da üstünlük təşkil edib ki, bunun da ümimi çəkisi 9 milyon 362 min 793 kubmetr, dəyəri isə 7 milyard 103 milyon 082 min dollar həcmində olub.

Ötən ilin eyni dövründə isə bu həcm 9 milyon 458 min 059 kubmetr və 5 milyard 994 milyon 793 min dollar təşkil edib.

Hesablamalardan da görünür ki, bir ərzində çəkidə 95 min 266 kubmetr azalma, dəyərdə isə 1 milyard 108 milyon 289 min dollarlıq artım baş verib.  

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin