Cari ildə xarici ticarət dövriyyəmiz 11 faizə qədər yüksəlib - HESABAT

Hazırda oxunan: Cari ildə xarici ticarət dövriyyəmiz 11 faizə qədər yüksəlib - HESABAT

143429

Cari ilin may ayının  31-nə qədər Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsi 22 milyon 953 min 073 ABŞ dolları həcmində olub ki, bu da 2022-ci illə müqayisədə 2 milyon 401 min 002 manat və ya 10,46 faiz çoxdur. 

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin yanvar-may aylarının xarici ticarətin gömrük statistikasında əks olunub. 

Sənədə əsasən bu gəlir 2022-ci ildə 20 milyon 552 min 071 manat təşkil edib. 

Bu ilki xarici ticarət dövriyyəsinin 16 milyon 114 min 332 manatı ixraca, 6 milyon 838 min 741 manatı isə idxala aid olub. 
Cari dövrdə Azərbaycanın xarici ticarət saldosu 2022-ci ildəki 10 milyon 280 min 948 manatla müqayisədə 1 milyon 005 min 357 manat və ya 9,78 faiz azalaraq 9 milyon 275 min 591 manat olub. 

Rövşən Ziya, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin